
Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin kollektivi Ümummilli Liderin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül düzərək dərin ehtiramlarını ifadə ediblər.