16 May 2024,

9  iyun  2009-cu  ildə  “Könüllü  fəaliyyət  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  olunub.  Qanunda  Azərbaycan  vətəndaşlarının  istər  yerli,  istərsə  də  beynəlxalq  platformalarda  könüllü  şəkildə  fəaliyyətinin  təmin  olunması  üçün  müddəalar,  fəaliyyət  istiqamətləri,  hüquq  və  vəzifələr  öz  əksini  tapıb.

 

Müvafiq  qanunun  qəbulundan  sonra  bir  çox  mərkəzi  icra  orqanlarının  nəznində  fəaliyyət  göstərən  könüllülər  hərəkatları,  İctimai  Birliklər  və  könüllü  proqramları  təsis  edilib.

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti muxtar respublikada  turizm  sahəsi  üzrə  təhsil  alan,  bu  sahədə  çalışmağa  maraqlı  olan  gəncləri  vahid  platforma  ətrafında  toplamaq, gənclərin  inkişaf  edən ölkə turizminə öz  töhfələrini  verə bilmələri üçün  şərait  yaratmaq  məqsədilə  "Naxçıvan Turizm  Könüllüləri"-ni yaratmışdır.

 

Turizm  sahəsi  üzrə  təhsil  alan  və  ya  müvafiq  sahədə  fəaliyyət  göstərmək  istəyən  gənclər  üzv  olaraq  yaradılacaq  imkanlardan  yararlana  bilər.

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin könüllülük fəaliyyətinin təşkilində  əsas  məqsədləri  aşağıdakılardır:

 

 

Turizm Departamentinin "Naxçıvan Turizm  Könüllüləri"-nin  fəaliyyət  istiqamətləri  aşağıdakı  formada  təşkil  olunacaqdır:

 

 

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin "Naxçıvan Turizm Könüllüləri" ona üzv olan gənclərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı və könüllülərin turizm sahəsi üzrə təcrübə qazanmaqlarına şərait yaratmaq, ölkədə turizm sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsi üzrə müxtəlif inkişaf konsepsiyalarının, layihə və proqramların həyata keçirilməsi, turizm könüllülərinin liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində  iş aparmaq, könüllülərin muxtar respublikada yerləşən qoruqlarla, tarixi və mədəni-irsi abidələrlə tanışlığını, muxtar respublikada könüllülərin vasitəsi ilə turizm anlayışının aşılanmasını təmin etməyi planlaşdıran gənclər platformasıdır.

 

 

Qeydiyyat üçün buraya daxil olun.

Əlavə məlumat: Instagram