
Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Bu gün Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül qoymuş və Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Muzeyi ziyarət edilmiş, görkəmli şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olunmuşdur.