08 Sentyabr 2024,
...

Turist məmnunluq indeksinin ölçülməsi məqsədilə sorğu keçirilmişdir

25-26 iyul 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları “Naxçıvanın turizm könüllüləri” ilə birgə turist məmnunluq səviyyəsinin öyrənilməsi məqsədilə Naxçıvan şəhərində fəaliyyət göstərən mehmanxanalarda və turistlərin ən çox üz tutduğu məkanlardan olan Əshabi-Kəhf Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Müalicə Mərkəzində turistlər arasında məmnunluq sorğusu keçirmişdir.

 

Azərbaycan və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi muxtar respublikada xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu muxtar respublikanın turizm xidmətlərinin güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.

 

Rəy sorğularının keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.