27 Iyul 2024,
...

Qərbi Azərbaycana həsr olunmuş sərgiyə baxış keçirilmişdir

  

23-24 noyabr tarixlərində Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilmişdir. Tarixi-mədəni irsi təbliğ edən bu tədbirlərdə Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı və Qərbi Azərbaycana həsr edilən filmlər nümayiş olunmuşdur.

Festival-konqres çərçivəsində Heydər Əliyev Sarayında Qərbi Azərbaycana həsr olunmuş sərgi təşkil edilmişdir. 29 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Depatamentinin kollektivi sərgiyə baxış keçirmiş, orada nümayiş olunan Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə və s. aid zəngin maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar.