16 Sentyabr 2024,
...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti kotirovka sorğusu elan edir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) nişanlanması üçün cığırların ilkin kəşfiyyatı, marşrutların müəyyən edilməsi və xəritələrinin hazırlanması, marşrutların nişanlanması üçün GPS yazılarının və hesabatların təqdim edilməsi məqsədilə kotirovka sorğusu elan edir.

 

Kotirovka sorğusunda iştirak etmək istəyənlər əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından (https://etender.gov.az/) əldə edə bilərlər. Sorğu üzrə təklif və digər zəruri sənədlər 04 sentyabr 2024-cü il saat 10:00-dək Portal vasitəsilə təqdim olunmalıdır. Təkliflərin açılışı 04 sentyabr 2024-cü il saat 10:00-da Portal vasitəsilə həyata keçiriləcək.