
Əkbər Novruzov vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov 17 mart 2025-ci il tarixində saat 11:00-da Şərur rayonunda turizm sahəsində rayon sakinlərini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq üçün vətəndaşlardan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin (036) 550-38-01 nömrəli telefonu və ya info@ntourism.gov.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Qeyd edək ki, vətəndaşlar qəbula gəldikləri zaman şəxsiyyət vəsiqələri üzərlərində olmalıdır.