
Əkbər Novruzov vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov 31 iyul 2024-cü il tarixində saat 11:00-da Şahbuz rayonunda turizm sahəsində rayon sakinlərini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Qəbula yazılmaq üçün vətəndaşlardan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin (036) 550-40-26 nömrəli telefonu və ya info@ntourism.gov.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.