
Əkbər Novruzov Şahbuz rayonunda vətəndaşları qəbul edib
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov vətəndaş qəbulu qrafikinə uyğun olaraq 31 iyul 2024-cü il tarixdə Şahbuz rayonunda vətəndaş qəbulu keçirib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, turizm sahəsinə aid suallar yerindəcə cavablandırılıb, Departamentin səlahiyyətləri daxilində olmayan məsələlərin isə aidiyyatı üzrə ünvanlanması üçün tövsiyyələr verilib.
Qeyd edək ki, vətəndaş qəbulunun növbəti aylarda Babək rayonunda keçirilməsi nəzərdə tutulur.