16 Fevral 2026,

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Turizm İnformasiya Mərkəzinin və “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli 186 nömrəli Qərarında dəyişiklik edilməsi və “Naxçıvan Muxtar Respublikası Turizm Departamenti Aparatının ştat cədvəli”nin təsdiq edilməsi haqqında” 2018-ci il 11 oktyabr tarixli 170 nömrəli qərarının ləğv edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Turizm İnformasiya Mərkəzinin və “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli 186 nömrəli Qərarında dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublika Xalq Təhsili Nazirliyi nəzdində Respublika “Gənc turistlər” stansiyasının nümunəvi ştat cədvəlinin təsdiqi haqqında” 1991-ci il 7 oktyabr tarixli 256 nömrəli, “Stomatoloji Mərkəz” publik hüquqi şəxsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2017-ci il 6 oktyabr tarixli 94 nömrəli, “Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və rayon uşaq-gənclər yaradıcılıq mərkəzlərinin ştat cədvəllərinin təsdiq edilməsi barədə” 2017-ci il 24 noyabr tarixli 124 nömrəli,  “Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində Distant Təhsil Mərkəzi haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2018-ci il 16 yanvar tarixli 8 nömrəli, “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin ştat cədvəlinin və işçiləri üçün stimullaşdırıcı əlavələrin yuxarı həddinin təsdiq edilməsi barədə” 2018-ci il 13 iyun tarixli 111 nömrəli, “Naxçıvan Muxtar Respublikası Turizm Departamenti Aparatının ştat cədvəli”nin təsdiq edilməsi haqqında” 2018-ci il 11 oktyabr tarixli 170 nömrəli və “Rayon mədəniyyət saraylarının Nümunəvi Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 8 noyabr tarixli 192 nömrəli qərarlarının ləğv edilməsi barədə 

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 39-cu maddəsinin I hissəsinin yeddinci abzasını rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. “Naxçıvan Turizm İnformasiya Mərkəzinin və “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 noyabr tarixli 186 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin. 
2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:
2.1. “Naxçıvan Muxtar Respublika Xalq Təhsili Nazirliyi nəzdində Respublika “Gənc turistlər” stansiyasının nümunəvi ştat cədvəlinin təsdiqi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1991-ci il 7 oktyabr tarixli 256 nömrəli Qərarı; 
2.2. “Stomatoloji Mərkəz” publik hüquqi şəxsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 oktyabr tarixli 94 nömrəli Qərarı; 

2.3. “Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və rayon uşaq-gənclər yaradıcılıq mərkəzlərinin ştat cədvəllərinin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 noyabr tarixli 124 nömrəli Qərarı; 
2.4. “Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində Distant Təhsil Mərkəzi haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 yanvar tarixli 8 nömrəli Qərarı; 
2.5. “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin ştat cədvəlinin və işçiləri üçün stimullaşdırıcı əlavələrin yuxarı həddinin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 iyun tarixli 111 nömrəli Qərarı; 
2.6. “Naxçıvan Muxtar Respublikası Turizm Departamenti Aparatının ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 170 nömrəli Qərarı; 
2.7. “Rayon mədəniyyət saraylarının Nümunəvi Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 192 nömrəli Qərarı. 

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.   

 

 

                                                                                                                Ceyhun Cəlilov 
                                                                                                            Naxçıvan Muxtar Respublikasının Baş naziri

 

 

Naxçıvan şəhəri,         "15"             "may"    2025- ci il 

 

№     30