10 Noyabr 2025,
...

Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə mediatur təşkil olunub

17 oktyabrda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə muxtar respublikaya mediatur təşkil olunub. Mediaturda ölkənin aparıcı media qurumları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

 

Mediaturun əsas məqsədi Naxçıvanın eko, mədəni, sağlamlıq kimi çeşidli turizm imkanlarının nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.

 

Mediatur çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, media nümayəndələri Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, Batabat yaylağı, buradakı haykinq marşrutları ilə tanış olublar. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ziyarət olunub.

 

Qeyd edək ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi”, Heydər Məscidi Kompleksinin ziyarət olunması və “Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanışlıq da nəzərdə tutulur.

 

Səfər zamanı media nümayəndələrinə məkanlar haqqında ətraflı məlumat verilib.