10 Noyabr 2025,
...

Əkbər Novruzov vətəndaşları qəbul edəcək

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov 26 sentyabr 2025-ci il tarixdə saat 15:00-da Culfa rayonunda turizm sahəsində rayon sakinlərini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

 

Qəbula yazılmaq üçün vətəndaşlardan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin (036) 550-38-01 nömrəli telefonu və ya info@ntourism.gov.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

 

Qeyd edək ki, vətəndaşlar qəbula gəldikləri zaman şəxsiyyət vəsiqələri üzərlərində olmalıdır.